Əgər ailənizdən kiminsə artıq Spotify hesabı varsa, o, Ailə planına keçə və bütün hesablarını saxlaya bilər
Qeydiyyatdan keçin və ya mövcud hesabınızla giriş edin.
Birlikdə yaşadığınız ailə üzvlərini Premium-a dəvət edin.
Ailə üzvləri dəvəti evdə qəbul edir, ünvanlarını təsdiqləyirlər. Vəssalam – siz ailənin bir hissəsisiniz. *
* Premium Ailə planına qoşulmaq üçün ailə planı üzvləri eyni ünvanda yaşamalıdır.
Premium Ailə planına dəvət edilən hər bir ailə üzvü öz Premium hesabını əldə edir, beləliklə, hər biriniz istədiyiniz zaman öz musiqinizi oxuda bilərsiniz. Spotify-dan istifadə edə bildiyiniz zaman bir-birinizin giriş məlumatlarından istifadə etməyə və ya istifadə vaxtını planlaşdırmağa ehtiyac yoxdur. İndi hesablarınız ayrı olduğu üçün musiqi tövsiyələri də öz zövqünüzə uyğunlaşdırılır.
Mövcud Premium hesabınızla Ailə planına keçə və yaddaşdakı bütün musiqi, pleylist və tövsiyələri saxlaya bilərsiniz.
Ailə planını satın alan şəxs hər ay USD 7.99 məbləğində bir faktura alacaq.
Spotify-ı istədiyiniz yerdə, istənilən cihazda dinləyə bilərsiniz.